Rumıniya Hərbi Dəniz Qüvvələri aprelin 8-dən 21-dək NATO ölkələri ilə birgə (Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, Gürcüstan, İtaliya, Moldova, Niderland, Polşa, Portuqaliya, ABŞ, Türkiyə və Fransa)“Sea Shield 24” çoxmillətli təlimlər keçirəcək.
Bununla bağlı Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
“2,2 mindən çox hərbi qulluqçu və 135 hərbi texnika (27 dəniz və çay gəmisi, 17 təyyarə və 91 texnika və üzmə vasitəsi) Qara dənizdə, onunla sahil zonasında, Dunay çayında və onun deltasında dənizdə və çayda qanunsuz fəaliyyətlə mübarizə, dəniz və çaylara nəzarət, dənizdə axtarış və xilasetmə, qəza vəziyyətində olan gəmilərə köməklik göstərilməsi və kritik infrastruktur səviyyəsində təhlükəsizliyin təmin edilməsi üzrə tapşırıqları yerinə yetirmək üzrə hazırlıq keçəcəklər”, - deyə məlumatda qeyd edilib.
Hərbi