Infoteka.az
Mədəniyyət

Çəkilişdə dişləri qırılan aktyor DANIŞDI: “Bəy rolu baha başa gəldi”

Kinoaktyor Erdinc Gülener çəkiliş zamanı başına gələn maraqlı hadisəni danışıb.

O baş rolda oynadığı  “Çağrı bey” serialının çəkilişi zamanı dişlərinin qırıldığını söyləyib.

“Döyüş səhnəsində epizodik rol oyunçularından biri dirsəyi ilə ağzıma zərbə vurdu. Bilmədən etdi. Amma mənim 2 qabaq dişim qırıldı. Aktyor çox pərt olmuşdu, dəfələrlə üzr istədi, mən bunu problem etmədim. Sadəcə dişlərimi təmir etdirib yeni diş  hazırladana qədər çəkilişlərə getmədim. Filmdə döyüş səhnəsi və bəy rolu  mənə baha başa gəldi”, -  o bildirib.

Infoteka.az