Ukrayna ordusu Rusiyanın Bryansk vilayətini atəşə tutub.
Bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz məlumat verib.
Zərbələr əsasən, Krasnıy Bor qəsəbəsindəki bəzi yaşayış və inzibati binalara dəyib. Nəticədə bir dinc sakin yaralanıb.
Qubernatorun sözlərinə görə, əraziyə polis və xilasetmə qüvvələri cəlb olunub.
Qeyd edək ki, ötən gün vilayətin Suzemka yaşayış məntəqəsinə zərbələr endirilməsi nəticəsində üç nəfər xəsarət alıb.
Fərid Azəri