Infoteka.az
Dünya

Finlandiya Prezidenti Rusiya ilə sərhədlərin bağlı qalmasını dəstəkləyib

Finlandiya Prezidenti Aleksander Stubb hökumətin Rusiya ilə sərhəd məsələsindəki qərarını dəstəkləyib.

O, “Yle” telekanalına müsahibəsində bildirib ki, bu hüquqi addım ölkədə xaosun qarşısını almağa yönəlib.

Finlandiya-Rusiya sərhədi 2023-cü ilin noyabrında bağlanıb. Cari ilin aprel ayının 4-də hökumət bu qərarı müddətsiz hesab edib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova rəsmi Helsinkinin bu addımına hüquqi məhdudiyyətlərlə qarşılıq veriləcəyini açıqlayıb.

Infoteka.az