Infoteka.az
Texnologiya

Tennessi musiqiçiləri süni intellekt təhlükələrindən qoruyacaq qanun çıxardı

Amerika Birləşmiş Ştatlarının Tennessi ştatının qubernatoru Bill Li mahnı müəllifləri, sənətçiləri və musiqi sahəsində çalışanları süni intellektin mümkün təhlükələrindən qorumaq məqsədi daşıyan qanunu imzalayıb.

2024-cü ilin iyul ayında qüvvəyə minməsi planlaşdırılan qanun sənətçilərin icazəsi olmadan səslərinin süni intellekt texnologiyası ilə təqlid edilməsindən qorunmaq məqsədi daşıyır.

Musiqi sənayesini və sənətçiləri süni intellektin mümkün təhlükələrindən qoruyacaq qanunu imzaladıqdan sonra mətbuata açıqlama verən Bill Li sənətçilərin intellektual mülkiyyət hüquqları, istedad və süni intellektin sahib ola bilməyəcəyi bir orijinallığa sahib olduqlarını söyləyib.

Bənzər Səs və Görüntü Təhlükəsizliyini Təmin edən qanun (ELVİS) bu yeni tənzimləmə ilə səs oxşarlığı, eləcə də sənət əsərinin adı, şəkli və forması sənətçinin əqli mülkiyyəti hesab edir.

Qanun sənətçinin səs yazısının icazəsiz paylaşılması və ya sənətçinin ad, fotoşəkil, səs və təsvirini yarada bilən süni intellekt texnologiyasından istifadəyə qadağa qoyur.

Tennessi musiqiçisi Lyuk Brayan (Luke Bryan) qanunu dəyərləndirərək süni intellektin onun haqqında yaratdığı videoları realdan ayıra bilmədiyini söyləyərək deyib: "Ümid edirəm ki, bu qanun vəziyyəti nəzarət altına alacaq".

Infoteka.az