Infoteka.az
İdman

Azərbaycan Premyer Liqası: Klubların növbəti mövsüm üçün müraciət tarixi bəlli olub

Azərbaycanın futbol klubları üçün lisenziyalaşdırma mövsümünün başlayacağı tarix açıqlanıb.

Bu barədə İnfoteka.az-a AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Premyer Liqada iştirak etmək istəyənlər noyabrdan ərizələri təqdim edə biləcək. AFFA rəsmisi ərizələr üçün yekun tarixin noyabrın 7-si olduğunu söyləyib. Məmmədov bu məqsədlə oktyabrın 31-də klublarla iclasın baş tutacağını diqqətə çatdırıb.

Qeyd edək ki, ötən mövsüm I Divizionda çıxış edən komandalardan "Turan Tovuz" və "Kəpəz"in Premyer Liqada iştirakına lisenziya verilib. Cari mövsüm aşağı dəstədə "Araz Naxçıvan", MOİK, "Qaradağ Lökbatan", "Zaqatala", Mingəçevir və "İmişli" mübarizə aparır.

Infoteka.az