Infoteka.az
Siyasət

Rəsmi Bakı Niderland hakimiyyətinə çağırış edib - FOTO

“Biz Haaqada dinc nümayiş zamanı tanınmış ətraf mühit fəalı Qreta Tunberqin həbsindən narahatıq”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “X” hesabında qeyd edilib.

“COP29-a sədrlik edən ölkə olaraq biz Hollandiya hakimiyyətini iqlim dəyişikliyinə etiraz edənlərin ifadə azadlığına hörmət etməyə və saxlanılanları azad etməyə çağırırıq”, - deyə XİN-dən bildirilib.

Qeyd edək ki, Niderland polisi isveçli eko-fəal Qreta Tunberqi saxlayıb. Belə ki, Tunberq tərəfdaşları ilə birgə Avropa İttifqaqının (Aİ) qalıq yanacaqların alınmasına verdiyi subsidiyalara etiraz məqsədilə aksiya keçirib və bu məqsədlə Haaqada əsas A12 magistral yolunu bağlayıb
 

 

Infoteka.az