Infoteka.az
Dünya

Rusiyada növbəti FACİƏ: Smolenskdə körpü uçub, ölən var

Rusiyanın Smolensk vilayətinin Vyazma şəhərində körpü uçub.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, körpü üzərində minik avtomobili və yük maşını olub. 

Hadisə nəticəsində bir qadın ölüb, 6 nəfər isə xəsarət alıb. Onlardan 5-i xəstəxanaya yerləşdirilib.

Infoteka.az