Infoteka.az
Dünya

İsveçrədə Ukrayna münaqişəsi üzrə təşkil ediləcək sülh planına dair konfransın tarixi bilinib

İsveçrədə Ukrayna münaqişəsi üzrə təşkil ediləcək sülh planına dair beynəlxalq konfrans dəqiq tarixi bilinib.

Konfrans 15-16 iyun tarixlərində keçiriləcək.

Tədbirin yeri kimi İsveçrənin Nidvalden kantonunun Lyutsern şəhərinin Byurgenştok sanatoriyasında müəyyən edilib.

Konfransda 100-ə yaxın ölkənin iştirakı gözlənilir. ABŞ Prezidenti Co Bayden də sülh konfransında iştirak etmək niyyətində olduğunu bəyan edib.

Infoteka.az