Infoteka.az
İqtisadiyyat

Azərbaycan bu ölkəyə pul köçürmələrini artırıb

2023-cü ilin sonuna fiziki şəxslərdən Azərbaycandan Almaniyaya pul köçürmələrinin həcmi 23,601 milyon dollar təşkil edib.

Bu göstərici 2022-ci ilin göstəricisi ilə müqayisədə 5,92 faiz artıb.
Köçürmələrin ümumi həcmində Almaniyaya edilən transfertlərin payı 4,3 faiz təşkil edir.

Qeyd edək ki, 2023-cü ilin sonuna fiziki şəxslərdən Azərbaycandan xarici ölkələrə pul köçürmələrinin həcmi 550,126 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycandan pul köçürmələrinin həcmi 664,798 milyon dollar təşkil edib.

Infoteka.az