Infoteka.az
Dünya

Ukrayna Baş Qərargahı: "Rusiya ordusunun Belarusdan hücum təhlükəsi artır"

"Rusiya Silahlı Qüvvələrinin şimal istiqamətində hücum təhlükəsi artır".

İnfoteka.az report-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Oleksiy Qromov deyib.

Onun sözlərinə görə, Belarusdan Rusiya ordusunun hücumu istisna deyil: “Amma bu dəfə məqsəd Kiyev olmayacaq. Bu dəfə tədarük üçün əsas maddi-texniki arteriyaları kəsmək məqsədilə hücumun istiqaməti Belarus-Ukrayna sərhədinin qərbinə doğru dəyişdirilə bilər”.

Rəsi müavini tərəfdaş ölkələrdən silah və hərbi texnika tələb edib.

Infoteka.az