Infoteka.az
Sosial

Məktəbdə şagirdlərin telefondan istifadə edəcəkləri hal müəyyənləşir

Məktəbdə şagirdlərin telefondan istifadə edəcəkləri hal müəyyənləşir.

İnfoteka.az xəbər verir ki, bu, Elm və Təhsil Nazirliyinin hazırladığı “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” layihəsində öz əksini tapıb.

Qaydalarda bildirilir ki, əgər müəllimlər şagirdlərin şəxsi elektron cihazlarından (telefon, planşet və s. - red.) istifadə edəcəkləri dərs planlaşdırırsa, o zaman bunu ailələrə öncədən yazılı şəkildə bildirməli və cihazların təhlükəsiz şəraitdə saxlanmasını təşkil etməlidir.

Əgər valideyn/qanuni nümayəndə övladına təhlükəsizlik məqsədilə (məktəbə gəlib gedərkən əlaqə saxlamaq üçün) elektron cihaz verərsə o zaman ümumi təhsil müəssisəsi dərs gününün sonuna qədər bu cihazların təhlükəsiz şəraitdə saxlanılmasını təmin etməlidir.Dərs müddətində elektron cihazlar şagirdlərə verilməməlidir.

Qeyd edək ki, yeni hazırlanan qaydalar layihəsi bu gündən etibarən 2 həftə ərzində ictimai müzakirəyə çıxarılır. Toplanmış rəy və təkliflər nəzərə alınaraq sənədlərin son versiyası hazırlanacaq, 2023-cü ilin əvvəlindən etibarən isə tətbiqinə start veriləcək.

Infoteka.az