Infoteka.az
Dünya

İran İsrailə hücumla bağlı ABŞ-la razılığa gəlib?

İran Vaşinqtona məlumat verib ki, o, İsrailin Suriyadakı konsulluq hücumuna ciddi eskalasiyanın qarşısını alacaq şəkildə cavab verəcək və tələsik hərəkət etməyəcək.

Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

İranın Vaşinqtona mesajını İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Omana səfəri zamanı çatdırıb. 
Məlumata görə, Abdullahian İsrailə cavab həmləsinin “nəzarət altında” və “qeyri-eskalativ” olacağını ifadə edib.

Xatırladaq ki, İsrail aprelin 1-də İranın Dəməşqdəki səfirliyindəki konsulluq binasına hava hücumu həyata keçirib. Hücumda ikisi general olmaqla İran İnqilab Keşikçiləri Korpusunun 7 üzvü və 6 Suriya vətəndaşı həyatını itirib.

Infoteka.az