ABŞ Prezidenti Co Bayden “Böyük yeddilik” (G7) ilə İranın İsrailə hücumunu müzakirə edib.
Bu barədə Ağ Ev məlumat yayıb.
“Bayden G7 liderləri ilə videogörüntü vasitəsilə təkbətək şəkildə danışıb”, - məlumatda deyilir.
Tərəflər İranın İsrailə hücumunu pisləyib və G7-nin İsrailin təhlükəsizliyinə sadiqliyini təsdiqləyib.