İranın İsrailə hücumu zamanı ABŞ Silahlı Qüvvələri 80-dən çox pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Bu barədə Pentaqonun mərkəzi komandanlığı məlumat yayıb.
Həmçinin qeyd edilir ki, ABŞ qüvvələri İran və Yəməndən İsrailə istiqamətlənmiş ən azı altı ballistik raketi məhv edib.
Bundan əvvəl İsrail Prezidenti İsxak Herzoq İranın hücumunu müharibə elanı adlandırmışdı. O, dünya liderlərini Tehrana bu cür hərəkətlərin qəbuledilməz olduğunu açıqlamağa çağırıb.
Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran Silahlı Qüvvələri İsrail ərazisinə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və “yer-yer” sinfinə aid olan 110 raket atıb. Tehran bəyan edib ki, bu, aprelin 1-də ölkənin Dəməşqdəki (Suriya) konsulluğuna edilən hücuma cavabdır.