Yunanıstanda bu gün qədim arxeoloji kompleksdə Yay olimpiya oyunlarının alovunun yandırılması mərasimi keçiriləcək.
Daha sonra alov estafetlə Fransaya ötürüləcək.
Olimpiya alovunun Yunanıstan ərazisi ilə yürüşündən sonra aprelin 27-də o, gəmi ilə Fransaya yola düşəcək və mayın 8-də Marselə çatacaq. Daha sonra 68 gün ərzində Fransa ərazisində Olimpiya alovu estafeti baş tutacaq.
Bu il Olimpiya oyunları 26 iyul-11 avqust tarixlərində Parisdə keçiriləcək.
İdman