Dünya iqtisadiyyatını daha bir il ərzində yavaş, lakin dayanıqlı inkişaf tempi gözləyir. Bu barədə Beynəlxalq Valyuta Fondunun (İMF) məlumatında deyilir.
Beynəlxalq Valyuta Fondu 2024-cü və 2025-ci illərdə qlobal ÜDM-in 3,2 faiz artacağını proqnozlaşdırır ki, bu rəqəm 2023-cü ilin göstəricilərinə yaxındır.
“Qlobal iqtisadiyyatın kifayət qədər sabit qaldığına inanırıq”, - deyə İMF-nin baş iqtisadçısı Pyer Olivye Qurinşa jurnalistlərə açıqlamasında bildirib. O, həmçinin bir çox ölkələrin mərkəzi banklarının inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini artırmasını tənəzzülün bədbin proqnozlarına meydan oxuduğunu qeyd edib.
Beynəlxalq Valyuta Fondunun hesabatında deyilir ki, bir çox ölkələrin “Covid-19” pandemiyasından və yaşayış böhranından az ziyan çəkdiyi göz qabağındadır, üstəlik onlar pandemiyadan əvvəlki istehsal səviyyəsinə, əvvəllər proqnozlaşdırıldığından daha sürətlə qayıdırlar.
İnflyasiya səviyyəsi aşağı düşür, lakin son aylarda mərkəzi bankların öz hədəflərinə geri qayıtması prosesi nisbətən yavaşlayıb.