Infoteka.az
Siyasət

Nazir: COP29 ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı dəyərləndirilib

COP29 ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı və digər layihələr dəyərləndirilib.

Bu barədə energetika naziri Pərviz Şahbazov özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

“Əbu-Dabidə AYİB-in Avropa Enerji Qrupunun direktoru Qrzeqorz Zielinski ilə görüşdə Enerji Effektivliyi Fondunun fəaliyyəti, enerji səmərəliliyi sahəsində pilot layihələrin həyata keçirilməsi, Azərbaycan (Naxçıvan)-Türkiyə-Avropa enerji xətti, Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi, 1 QVt gücündə günəş-külək enerjisi layihələrinin şəbəkəyə qoşulması, enerji sisteminin modernləşdirilməsi ilə bağlı əməkdaşlığı müzakirə etdik. COP29 ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı və digər layihələri dəyərləndirdik”, - paylaşımda qeyd olunur.

Infoteka.az