Infoteka.az
Siyasət

Con Kerri Vaşinqtondakı Azərbaycan səfirliyində olub - FOTO

ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri Vaşinqtonda Azərbaycan səfirliyində olub.

ABŞ rəsmisini hazırda Vaşinqtonda səfərdə olan ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev qəbul edib.

Görüş zamanı COP29-la bağlı müzakirələr aparılıb.

Görüş Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində baş tutub.

Con Kerri Vaşinqtondakı Azərbaycan səfirliyində olub - FOTO
Infoteka.az