“Biz Ermənistanın təhlükəsizliyinə İranın təhlükəsizliyi kimi baxırıq”.
İnfoteka.az APA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşü zamanı deyib.
“Mən məmnunam ki, bu səfər zamanı İranın Qafandakı Baş konsulluğunun yenidən açılmasının şahidi olacağıq. Bu inkişaf İran və Ermənistan ölkəsi arasında tarixi əlaqələrin dərinləşməsinin başqa bir səbəbidir", - o bildirib.
İran XİN rəhbəri, Qafqaz regionunda hər hansı geosiyasi sərhəd dəyişikliyinə qarşı olduqlarını açıq şəkildə bildirdiklərini vurğulayıb:
"Biz Ermənistanın təhlükəsizliyini İran İslam Respublikasının təhlükəsizliyi və regionun təhlükəsizliyi hesab edirik”.
Əmir-Abdullahiyan deyib ki, İran regionda, o cümlədən Ermənistanda xarici qüvvələrin mövcudluğunun əleyhinədir.