Çexiyanın dövlət borcu 2024-cü ilin birinci rübündə 109,9 milyard kron (təxminən 4 milyard 600 min dollar) artaraq rekord həddə - 3,221 trilyon krona (təxminən 136 milyard dollar) çatıb.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Çexiyanın dövlət borcu ÜDM-in 43,6%-ni təşkil edir.
Ötən ilin birinci rübünün sonunda bu göstərici 42,4% olub.
Bildirilib ki, adambaşına düşən borc 295 min 480 kron (12 min 468 dollar) təşkil edir.
Maliyyə Nazirliyinin məlumatına görə, bu ilin birinci rübündə dövlət borcunun əhəmiyyətli dərəcədə artmasına səbəb martın sonunda 105 milyard krona (təxminən 4,4 dollar) çatan dövlət büdcəsi kəsirinin ödənilməsi üçün istiqrazların satışı olub.