Aprelin 19-da ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,18 dollar və ya 0,21% artaraq 1 barelə görə 87.29 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında 2024-cü ilin may ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,41 dollar və ya 0,50% artaraq 83.14 dollara yüksəlib.