ABŞ dövlət katibi Entoni Blinken aprelin 24-26-da Çinə səfəri zamanı Pekini Rusiya hərbi-sənaye kompleksini dəstəklədiyinə görə sanksiyalarla hədələyə bilər.
Bu barədə Britaniyanın “Financial Times” qəzeti yazıb.
Bildirilib ki, Çin Rusiyaya silahla əlaqəli texnologiya göndərməyi dayandırmasa, “ABŞ cəza tədbirlərinə əl atacaq”.