Infoteka.az
Dünya

Stoltenberq ABŞ konqresmenlərinin Ukrayna ilə bağlı qərarını müsbət qiymətləndirib

NATO-nun baş katibi Yens Stoltenberq ABŞ Konqresinin Nümayəndələr Palatasında Ukraynaya təxminən 61 milyard dollar ayrılması barədə qanun layihəsinin qəbulunu müsbət qiymətləndirib.

NATO rəsmisi bu barədə “X” sosial şəbəkəsində yazıb.

“ABŞ Nümayəndələr Palatasının Ukraynaya yeni böyük yardım paketini təsdiq etməsini alqışlayıram”, - Stoltenberq qeyd edib.

Infoteka.az