Xəbər verdiyimiz kimi bu gün ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya Federasiyasının dondurulmuş aktivlərinin müsadirə edilməsi haqqında qanun layihəsini Ukraynanın xeyrinə qəbul edib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a qərarla bağlı açıqlama verib.
“Ukraynaya yardım göstərmək qərarı gözlənilən idi və bu, Amerika Birləşmiş Ştatlarını daha da zənginləşdirəcək və Ukraynanı daha da viran qoyacaq, Kiyev rejiminin günahı üzündən daha çox ukraynalının ölümünə səbəb olacaq.
Rusiya aktivlərinin müsadirəsi ABŞ-nin imicinə xələl gətirəcək və bu ölkədəki investorları qorxutacaq. ABŞ Rusiya əmlakının müsadirə edilməsi qərarına görə cavab verəcək, Moskva bununla bağlı cavab tədbirləri görəcək”, - deyə Peskov qeyd edib.
Dünya