Infoteka.az
Sosial

Bu bazar istirahətini bölgələrdə keçirənlər üçün

Ölkəmizdə artıq yazın qoxusu duyulur, təbiətin gözəllikləri aşkarlanır. 

Adətən vətəndaşlarımız xarici ölkələrə səyahət edərkən oradan təbiət mənzərələrini çəkib nəinki paylaşır, hətta onun min bir vasitə ilə təbliğinə səy göstərir. 

Uca yaradana şükürlər olsun ki, Azərbaycan təbiəti, flor və faunası, mineral bulaqları heç də geri qalmır, əksinə göz oxşayır. 

Şənbə-bazar Şəki-Zaqatala bölgəsinə səfər edənlər bu bölgənin tarixi abidələri ilə yanaşı həm də təbiətin gözəlliyini müşahidə edə və ruh dincliyi tapa bilər. 

Məsələn, Şahdağ Milli Parkının Oğuz bölməsi bu sırada baş çəkiləsi ən maraqlı məkanlardan biri sayılır. 

Milli Parkın əməkdaşı Niyazi Kərimovun səhər-səhər ərazidən göndərdiyi rəsmləri, videoları izlədikcə insanda xoş əhval-ruhiyyə, ruh sakitliyi yaradır. 

Infoteka.az