Infoteka.az
İdman

“Qarabağ” “Turan Tovuz”a qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.

İnfoteka.az xəbər verir ki, məlumatına görə, günün yeganə oyununda “Qarabağ” “Turan Tovuz”u qəbul edib.

“Azersun Arena”dakı qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin qollarını 2-ci dəqiqədə Kvabena Ovusu, 42-ci dəqiqədə penaltidən Ramil Şeydayev, 53-cü dəqiqədə Filip Ozobiç vurub.

Birinci pillədə qərarlaşan meydan sahibləri xallarının sayını 30-a çatdırıb. Tovuz təmsilçisi 12 xalla 6-cı sıradadır. Komandalar arasındakı III turdan təxirə salınmış görüş noyabrın 9-da olacaq.

Qeyd edək ki, XI turun “Qəbələ” - “Kəpəz”, “Sumqayıt” - “Zirə” oyunları oktyabrın 22-də, “Səbail” - “Şamaxı” və “Neftçi” - “Sabah” qarşılaşmaları isə oktyabrın 23-də keçiriləcək.

Infoteka.az