Infoteka.az
Hərbi

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə işlərinə başlayıb

Ermənistanla Azərbaycan arasında delimitasiya prosesindən əvvəl sərhədin Ermənistan ərazisindən keçən hissəsində - Tavuş vilayətində minatəmizləmə işlərinə başlanılıb.

Əraziyə 25 nəfərədək minaaxtaran cəlb olunub.

Azərbaycanla sərhədin delimitasiyası çərçivəsində ərazilərin minalardan təmizlənməsinə başlanılan əraziyə polis əməkdaşları cəlb olunub. Voskepar kəndinin sakinləri ərazilərin minalardan təmizlənməsinin qarşısını almağa çalışırlar.

Bu prosesə bir dəfə də cəhd olunub. Lakin Voskepar sakinləri həmin vaxt buna mane olmağa çalışıblar.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan hökumətləri arasında delimitasiya prosesinə Tavuş vilayətindən başlamaq və birgə komissiyanın əsasnaməsi üzərində işi iyulun 1-dək yekunlaşdırmaqla bağlı razılıq əldə edilib.

Infoteka.az