Infoteka.az
Siyasət

Stoltenberq Varşavada Donald Tusk və Rişi Sunakla görüşəcək

NATO-nun baş katibi Yens Stoltenberq Varşavaya səfər edəcək.

Bu barədə alyansın saytında məlumat verilib.

“Varşavada o, Polşanın baş naziri Donald Tusk və Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə görüşəcək”, - məlumatda deyilir.

Bu gün üçün Stoltenberq və Sunakın birgə mətbuat konfransı da açıqlanıb.

Infoteka.az