Infoteka.az
Dünya

Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur

NATO-nun Polşa ərazisində ABŞ-nin nüvə qüvvələrini yerləşdirmək planları yoxdur.

Bunu Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Varşavada Böyük Britaniyanın Baş naziri Rişi Sunakla birgə mətbuat konfransında deyib.

"NATO-nun nüvə qüvvələrinin konfiqurasiyasını dəyişdirmək və ya alyansın hər hansı ölkəsində qüvvə yerləşdirmək planları yoxdur", - Stoltenberq qeyd edib.

Onun sözlərinə görə, NATO Rusiya ilə münaqişə axtarışında deyil, bloka üzv olan ölkələrin vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çalışacaq.

Infoteka.az