Ukrayna Prezidenti Vladimir Zelenski Danimarkanın sənaye naziri Morten Bedskov ilə danışıqlar zamanı əlavə hava hücumundan müdafiə (HHM) sistemlərinin tapılmasında Danimarkanın köməyinə ümid etdiyini bildirib.
Bu barədə Ukrayna lideri özünün “Telegram” kanalında yazıb.
“Biz əlavə hava hücumundan müdafiə sistemlərinin tapılmasında Danimarkanın köməyinə ümid edirik”, - dövlət başçısı bildirib.
Zelenskinin sözlərinə görə, bu sistemlər xüsusilə Ukraynanın Nikolayev vilayətini qorumaq üçün istifadə olunacaq.