Infoteka.az
Siyasət

Brayza: “Tramp qalib gələrsə, ABŞ-nin siyasətində xaos görəcəyik”

“Əgər ABŞ-də keçiriləcək Prezident seçkilərində Co Bayden qalib gələrsə, eyni siyasi xətti görəcəyik. Əgər Donald Tramp qalib gələrsə, proses fərqli olacaq”. 

Bunu ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza jurnalistlərə açıqlamasında bildirib.

Brayza qeyd edib ki, Tramp Ukrayna ilə bağlı fərqli düşünür, daha az dəsətk nümayiş etdirir:

“Ola bilər, o, Rusiya ilə daha yaxşı münasibətlərə can atacaq. Amma digər tərəfdən unutmamalıyıq ki, ilk dəfə Tramp Ukraynaya tank əleyhinə silahlar-"Javelin"lər göndərib. 

Hesab edirəm ki, Tramp daha ziddiyətli yanaşma nümayiş etdirəcək. Əgər Tramp qalib gələrsə, həm daxili həm də xarici siyasətdə xaos görəcəyik”.

Infoteka.az