Infoteka.az
Dünya

Bayden: “Ukraynadan sonra Putin NATO müttəfiqlərinə tanklar göndərə bilər”

“Ukraynadan sonra Rusiya Prezidenti Vladimir Putin NATO müttəfiqlərinə tanklar göndərə bilər.

Bunu ABŞ prezidenti Co Bayden keçirdiyi brifinq zamanı deyib.

O qeyd edib ki, müttəfiqlərinə kömək etmək Amerikanı daha təhlükəsiz edəcək:

“ABŞ Ukraynaya lazım olan hər şeyi göndərir ki, döyüşə davam etsin. Amerika dostlarına sadiq qalıq və diktatorlara qarşı durmaqda davam edir”.

Qeyd edək ki, Bayden bu gün ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilən Ukraynaya 60,8 milyard dollar yardımın ayrılmasına dair qanun layihəsini imzalyıb.

Infoteka.az