“Azərbaycan sülh gündəliyinə sadiqdir və sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcək”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə aprelin 26-da Berlində görüşü zamanı deyib.
Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar və dialoq vasitəsilə sərhədlərin delimitasiyası, hətta demarkasiyası sahəsində əldə olunmuş uğurları müsbət addım kimi qiymətləndirib, regionda sabitliyin artıq təmin olunduğunu qeyd edib.
Dövlətimizin başçısı Qazaxıstan tərəfinin təklifi ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri səviyyəsində növbəti görüşün Qazaxıstanda keçiriləcəyini deyib.