Infoteka.az
Hadisə

İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğrayıb

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin olduğu xidməti avtomobil Ramla şəhərində qəzaya uğrayıb.

Bu barədə Kan radiosu məlumat yayıb.

 

Məlumata görə, nazirin avtomobili işıqforun qırmızı işığında keçərkən digər yoldan gələn maşına çırpılıb və aşıb.

Ben-Qvir yüngül-orta ağır vəziyyətdə “Assaf xa-rofe” xəstəxanasına aparılıb.

Infoteka.az