ABŞ Ukraynaya 6 milyard dollar yardım ayırıb.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostin məlumat verib.
“Mən Ukraynaya yardım təşəbbüsü çərçivəsində 6 milyard dollar ayrıldığını elan etməkdən məmnunluq duyuram. Bu, ABŞ-də istehsal olunan silahların alınmasında Kiyevə kömək edəcək”, - deyə Ostin qeyd edib.
O bildirib ki, bu, indiyədək Ukraynaya ayrılan ən böyük hərbi yardım paketidir. Müvafiq müvafiq məbləğə Ukraynaya NASAMS və Patriot sistemləri, dronlar və digər avadanlıqlar tədarük ediləcək.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Birləşmiş Ştatların Ukraynaya ötürmək üçün pulsuz Patriot hava hücumundan müdafiə sistemləri (PUA) yoxdur və artıq Kiyevə pulsuz silah tədarük edilməyəcək.