Infoteka.az
Hadisə

“Titanik” sərnişininin saatı 1,4 milyon dollara satılıb

1912-ci ildə batan “Titanik” gəmisinin ən zəngin adamı Con Ceykob Astor IV-ə məxsus qızıl cib saatı hərracda rekord qiymətə - 1,175 milyon funta (1,4 milyon ABŞ dollarından çox) satılıb.

Bu barədə “Bloomberg“ məlumat yayıb.

Saat “Henry Aldridge & Son” auksionunda ABŞ-dan olan şəxsi kolleksiyaçıya batmış laynerdən xatirə əşyaları üçün indiyə qədər alınan ən yüksək məbləğə satılıb.

Ekspertlərin fikrincə, Astor o vaxt dünyanın ən varlı adamlarından biri idi, onun sərvəti təxminən 87 milyon ABŞ dolları idi, bu da bu gün bir neçə milyard dollara bərabərdir.

Gəminin sərnişini sonuncu dəfə siqaret çəkərkən və həmkarı ilə söhbət edərkən görülüb. Onun cəsədi hadisədən bir həftə sonra cib saatı ilə birlikdə tapılıb.

Infoteka.az