Infoteka.az
İqtisadiyyat

Neft cüzi bahalaşıb

Təklifin məhdudluğu fonunda dünya bazarında neft qiymətləri cüzi artıb.

İnfoteka.az xəbər verir ki, bununla belə, qlobal iqtisadi tənəzzül gözləntiləri qiymət artımının davam etmə potensialını azaldır.

Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 0,63 % bahalaşaraq 1 bareli 92,96 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 0,69 % artaraq 1 bareli 85,09 ABŞ dolları təşkil edib.

İnvestorlar bazarın əsas amillərini qiymətləndirməyə davam edirlər. Treyderlərin əsas diqqəti neftə olan tələbə mənfi təsir göstərə biləcək qlobal tənəzzül risklərinə yönəlib.

Gün ərzində “Baker Hughes” şirkəti ABŞ-da aktiv neft buruqlarının sayı haqqında məlumatları açıqlayacaq. Oktyabrın 14-dək olan həftə ərzində onların sayının 8 ədəd artaraq 610 ədədə çatdığı bildirilir.

Infoteka.az