Ukrayna hərbçiləri Donetsk vilayətinin Berdıçi, Semenovka və Novomixailovka yaşayış məntəqələrindən qərbə doğru geri çəkilib. Bu, şəxsi heyətin həyatını xilas etmək üçün edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski Telegram kanalında yazıb.
O qeyd edib ki, rus qoşunları Avdeyev və Marinkanın qərbində hücum xəttini inkişaf etdirməyə çalışır. Onların məqsədi Donetsk vilayətində Pokrovsk və Kuraxovoya daxil olmaqdır.
Sırski vurğulayıb ki, ruslar bu ərazilərdə müəyyən taktiki uğurlar əldə etsələr də, əməliyyat üstünlüyünə malik deyillər.
“Ukrayna qoşunları həm şəxsi heyətlə, həm də hərbi texnika ilə düşmənə maksimum itki verir”, - deyə Sırski bildirib.
Hərbi