Infoteka.az
Sosial

Cəbrayıldakı Azərbaycan-Türkiyə Dostluq Meşəsinin sahəsi 20 hektara yaxın olacaq

Cəbrayıl rayonunda yaradılacaq Azərbaycan-Türkiyə Dostluq Meşəsinin sahəsi 20 hektara yaxın olacaq.

İnfoteka.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, meşə “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin ərazisində yaradılacaq: "Ön hissədə 40 hektar ərazidə terraslarda meşəlik salınacaq. Meşə ərazisində yerli ağac, kol tinglərinə üstünlük veriləcək. Lahiyə ümumi 105 hektar ərazini əhatə edir. Onun 20 hektarı isə tinglik və digər yaşıllıqlar olacaq. Bu ilin iyul ayında tikinti və torpaqlama işlərinə start verilib. Layihə 2024-cu ilin birinci yarımilində başa çatdırılacaq və mərkəz fəaliyyətə başlayacaq".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə oktyabrın 20-də Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimi keçirilib,

Infoteka.az