“Qurban və Ramazan bayramları və digər xüsusi dini günlər türkdilli ölkələrin hamısında eyni gündə keçirilsə yaxşı olar”.
İnfoteka.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin oktyabrın 21-də keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, türkdilli xalqlar bütün sahələrdə olduğu kimi, dini sahədə də bu addımları həyata keçirməlidir.