Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Qazaxın Xeyrimli kəndində yaşayan erməni sakinlərlə görüşüb.
2,5 saat davam edən görüşdə sakinlər istəklərinə nail ola bilməyiblər.
Belə ki, Xeyrimli də daxil olmaqla, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına və sərhədlərin delimitasiyasına etiraz edən sakinləri Paşinyan məyus edib.
Müxalifətçi deputat Geham Nazaryan görüş barədə jurnalistlərə açıqlamasında bildirib ki, Paşinyan sakinlərə sərhədin Xeyrimlinin mərkəzindən keçəcəyini deyib:
“Paşinyan bildirib ki, sərhəd Kirants (Xeyrimli) kəndindən keçə bilər. Yerli sakinlərin bütün ağlabatan təklifləri rədd edildi. Xalq ən pis gününə hazırlaşır”.