Infoteka.az
Dünya

Polşa Rusiya ilə sərhədə hərbi texnika yerləşdirəcək

Polşa Silahlı Qüvvələri Şimali Atlantika Alyansının “Sabit Müdafiəçi 2024” təlimləri ilə əlaqədar olaraq ölkənin şimalına, o cümlədən Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə kütləvi şəkildə hərbi texnika yerləşdirəcək.

Bu barədə Polşanın Silahlı Qüvvələri məlumat yayıb.

“Xahiş edirik ki, yaxın vaxtlarda xüsusilə diqqətli olasınız, çünki yollarda çoxsaylı hərbi kolonlarla rastlaşa bilərsiniz”, - deyə məlumat qeyd edilir.

Infoteka.az