Mayın 1-i saat 8:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir.
"infoteka.az" Milli Hidrometeorologiya Xidmətinin saytına istinadən xəbər verir ki, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 20 m/s, Culfa, Naftalanda 18 m/s-dir. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2 mertdir.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 1-i gündüz tədricən mülayimləşəcəyi, gecəyə doğru yenidən güclənəcəyi və mayın 3-ü gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.