Infoteka.az
Sosial

Paytaxtda tozun miqdarı normadan artıqdır

Bakıda və Abşeron yarımadasının atmosfer havasında tozlu hava şəraiti müşahidə olunur. 

Bu barədə "infoteka.az"-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, hazırda havada tozun miqdarı normadan 1,2 dəfə artıqdır: 

"Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb dünən axşam saatlarından başlayan şimal-qərb istiqamətli küləklərin arabir güclənməsi nəticəsində yerin üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır. 

Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir".

Infoteka.az