Rusiya və Çin arasında ticarət əlaqələri üçüncü ölkələrin müdaxiləsinə məruz qalmamalıdır.
Bu barədə Çinin Vaşinqtondakı səfirliyinin katibi Liu Penqyu TASS-a bildirib.
Onun sözlərinə görə, Çin və Rusiya arasında ticarət-iqtisadi qarşılıqlı fəaliyyət Ümumdünya Ticarət Təşkilatının qaydalarına və bazar prinsiplərinə uyğundur.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirmişdi ki, Çin ABŞ-nin Tayvana yardım paketi təqdim etməsinə qəti şəkildə qarşıdır.
Çünki bu, Çin-Amerika əməkdaşlığına ciddi maneələr yaradır.