Infoteka.az
Dünya

Hulusi Akar: “Azərbaycan və Türkiyə birlikdə Ermənistana sülh əlini uzadıb”

“Azərbaycan və Türkiyə birlikdə Ermənistana sülh əlini uzadıb”.

Buna report-a eksklüziv açıqlamasında Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O, Azərbaycan və Türkiyənin hər zaman sülhün, yaxşı qonşuluq münasibətlərinin tərəfdarı olduğunu vurğulayıb:

“Ona görə də biz Azərbaycan, Türkiyə, Ermənistan və digər dövlətlərlə sülh və əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşamağa üstünlük veririk. Bunu arzu edirik. Bu baxımdan Azərbaycan və Türkiyə birlikdə Ermənistana sülh əlini uzadıb. Arzumuz budur ki, Ermənistan Azərbaycanın uzatdığı sülh əlini tutsun və davamlı sülhə nail olunsun. Davamlı sülhə nail olmaq üçün lazımi sazişlərin və digər mətnlərin imzalanmasının bütün ölkələr, region üçün sülh və əmin-amanlığın təmin edilməsi baxımından faydalı olacağına bütün qəlbimizlə inanırıq. Ermənistanın və digər ölkələrin Azərbaycanın sülh təklifinə və sülh üçün uzadılan ələ ən qısa zamanda müsbət cavab verməsini gözləyirik”.

Infoteka.az