Infoteka.az
Sosial

Bu gün yeni vəzifəyə təyin olunan Nigar Rüstəmli KİMDİR? – DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Nigar Rüstəmli TƏBİB-in Korporativ əməkdaşlıq və tibbi turizm şöbəsinin rəhbəri təyin edilib.

Nigar Zahid qızı Rüstəmlinin dosyesini təqdim edirik:

O, 24 noyabr 1989-cu ildə Bakı şəhərində anadan olub.

2007-cı ildə Nəsim rayonu A.Novruzbəyli adına 46 nömrəli Azərbaycan, rus, yəhudi dilli,  ümumtəhsil müəssisəsində orta təhsilini başa vurub.

Məktəbin ictimai həyatında aktiv iştirak edib, bunun nəticəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Almanyanın Berlin şəhərində, daha sonra istisna məktəbli kimi, “Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin təşkilatının” avropanın bir çox şəhərlərində, parlamentlərində təşkil olunmuş tədbirində iştirak edib, ölkəmizin təbliğatı, Qarabağ həqiqətləri ilə bağlı çıxışlar edib.

2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai sinif müəllimliyi fakültəsinə qəbul olub,  2009-cu ildən təhsil müddətimdə “Sağlam Ailə” Tibb Mərkəzində qeydiyyatçı vəzifəsində işə başlayıb. Daha sonra baş həkim köməkçisi, mətbuat katibi, ictimaiyyətlə əlaqələr və marketinq departamenti, müştəri xidmətləri və kommunikasiya departamenti rəhbəri, adminstrativ işlər üzrə direktor müavini, icraçı direktoru və tibb mərkəzləri şəbəkəsində idarə heyətinin üzvü olub.

Nigar Rüstəmli 2012-2015-ci illərdə Ukrayna Regionlararası Heyətin İdarəolunması Prezident Akademiyasının Beynəlxalq siyasi əlaqələr fakültəsində təhsil alıb. Təhsil aldığı müddətdə “Ukrayna Azərbaycanlı Gənclər Birliyinin”nin üzvü, ölkəmizin tarixi, mədəniyyətinin təbliği ilə bağlı bir çox tədbirlərin təşkilatçısı və iştirakçısı olub.

Habelə, Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə keçirilən “Ümumukrayna Azərbaycanlılarının Forumu” , “ Tibbi Forum”, Akademik Zərifə Əliyevanın anadan olmasının 91 illiyi münasibəti ilə Ukraynanın İrpen şəhərində keçirilən və.s  tədbirlərin təşkilatçısı olub.

2019-2021-ci ildə Türkiyə Hacettepe Universitetində “Marketinq” və yan ixtisas “Səhiyyənin İdarəedilməsi” üzrə  magistr təhsilimi davam etdirib.

Səhiyyə sektorunda fəaliyyəti müddətində gənclərin tibbi maariflənməsi, regionlarda  profilaktik müayinə mədəniyyətini, qadın, uşaq sağlamlığı, həssas ailələrlə iş, sağlam həyat tərzini təbliği və müxtəlif istiqamətlərdə layihələr reallaşdırıb.

20 dən çox irimiqyaslı konfransın təşkilatçısı olub. 

Səmərəli fəaliyyətə görə bir çox nominasiya və mükafatlara (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəxri fərmanı, Gənclər və İdman Nazirliyinin fəxri fərmanı, İlin işgüzar qadını, Mətbuatın dostu, Global Woman Awards, CEO Awards və.s) layiq görülüb.

O, fəaliyyət istiqaməti çərçivəsində bir çox beynəlxalq, yerli və dövlət tədbirlərində spiker, moderator kimi iştirak edib. Eyni zamanda  TUMİB - “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin idarə heyəti üzvüdür.

Ailəlidir, bir övladı var.

Infoteka.az