Infoteka.az
Siyasət

COP29 çərçivəsində Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığı müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kopman ilə görüşüb.

Bu barədə nazir "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Görüşdə Avropa İttifaqının (Aİ) 2021-2025-ci illər üzrə Şərq Tərəfdaşlığı prioritetləri çərçivəsində İqtisadi və İnvestisiya Planının Azərbaycanda icrası, COP29 çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq, Aİ ilə ümumi əməkdaşlıq istiqamətləri kimi bir sıra məsələləri müzakirə etdik", - deyə M.Cabbarov bildirib.

Infoteka.az