Infoteka.az
Siyasət

Putin Rəhmonla tacik miqrantlarla bağlı problemi müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin Tacikistan Prezidenti Emoməli Rəhmonla telefon danışığı aparıb.

Prezidentlər terror təhlükəsi ilə mübarizə, o cümlədən miqrasiya sahəsində əməkdaşlıq mövzuları ətrafında fikir mübadiləsi aparıblar.

Putin və Rəhmon Tacikistandan olan miqrantlarla bağlı vəziyyəti gərginləşdirmək cəhdlərinin qarşısının alınacağına əminliklərini ifadə ediblər.

Putin Rəhmonu mayın 9-da Moskvada keçiriləcək bayram tədbirinə dəvət edib.

Infoteka.az